

26 Aprel 18:40
26 Aprel 16:43
26 Aprel 16:14
Donald Trampın andiçmə mərasimindən sonrakı ilk 100 gündə ABŞ prezidenti kimi fəaliyyəti 10 amerikalıdan 7-nin gözlədiyi ilə üst-üstə düşür.
Bunu “Associated Press“ üçün NORC tədqiqat mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərib.
Respondentlərin 10-dan yalnız 3-ü Trampın hərəkətləri ilə gözləntilərinin doğrulanmadığını bildirib.
Agentliyin qeyd etdiyi kimi, bu o demək deyil ki, amerikalıların əksəriyyəti prezidentin siyasətindən razıdır.
Sorğu iştirakçılarının 44%-i Trampın fəaliyyətinin prioritet sahələrini səhv müəyyən etdiyinə inanır, 24%-i onun seçimi ilə razıdır. 62% isə ABŞ-ın Tramp dövründə yanlış istiqamətdə getdiyinə inanır.
Ümumilikdə hər 10 respondentdən 4-ü Trampın prezidentlik fəaliyyətini bəyənir.
Amerikalıların təxminən üçdə biri vitse-prezident J.D.Vens haqqında müsbət fikirdə olduqlarını bildiriblər.
Respondentlərin 10-dan dördü Səhiyyə və İnsan Xidmətləri Katibi Robert Kennedi haqqında müsbət fikirdədir.
Qeyd edək ki, sorğu aprelin 17-dən 21-dək aparılıb və 1200-dən çox amerikalı iştirak edib.