"Ukrayna müharibəsi Rusiya dövlətçiliyi üçün real təhlükəyə çevrilib" Dünya

"Ukrayna müharibəsi Rusiya dövlətçiliyi üçün real təhlükəyə çevrilib"

Gözlənildiyi kimi, Ukrayna Xarici işlər Nazirçiyi rəsmi bəyanatı ilə ABŞ prezidenti Donald Trampın Rusiya - Ukrayna arasında sülh təklifini qəti rədd etdi. Trampın sülh təklifinim əsas mahiyyəti Rusiyanın Ukraynadan 2014-cü ildə ilhaq etdiyi Krımın Rusiya ərazisi kimi tanınması, digər işğal olunmuş ərazilərin "status quo" formasında saxlanılması, yəni müharibənin dondurulmasından ibarətdir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, əsaslı səbəblərə görə Rusiya da, Ukrayna da Trampın sülh təklifini qəbul etməyəcək. Donald Trampın tərəflər arasında tələsik sülhə, atəşkəsə nail olmaq istəyi həm də Ukrayna və Rusiyanın bir başa danışıqlarından ehtiyat etməsidir hansı ki, bir neçə gün əvvəl həm Putin və həm də Zelenski bir başa danışıqların mümkünlüyünü bildirib. Vasitəçilərin kim, danışıqların necə aparılmasından asılı olmayaraq Rusiya və Ukrayna arasında dayanıqlı sülh mümkün deyil. Atəşkəs əldə edilsə də belə, zaman-zaman müharibə davam edəcək:

"Tərəflər arasında daimi müharibə, düşmənçilik ABŞ-ın strateji hədəfi və qələbəsidir. Ancaq bu da faktdı ki, Rusiyanın sürükləndiyi Ukrayna müharibəsi Rusiya dövlətçiliyi üçün real təhlükəyə çevrilib.

Qaldı Krım məsələsinə, məlumdur ki, Rusiya imperiyası 1783-cü ildə Osmanlı imperiyası ilə sıx bağlı olan Krım xanlığını işğal etmiş və Krım 1954-cü ilə qədər Sovet Rusiyasının tərkibində olub.

19 fevral1954-cü ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi, əslən Ukraynadan olan Nikita Xruşşovun təşəbbüsü ilə 27 min kvadrat kilometr ərazisi olan Krım vilayəti SSRİ tərkibində olan Rusiyanın hökümətinin razılığı olmadan Rusiyanın tərkibindən çıxarılaraq Ukraynaya verilib. Hələ o dövrdə belə rus millətçiləri, elm adamları Krımın Ukrayna verilməsinə etiraz edib. Müasir dövrümüzdə Rusiya siyasi elitası, o cümlədən prezident Putin bunu rus xalqının iradəsinə zidd və Xuruşovun ruslara xəyanəti adlandırıb".

Cavid