İsrailin Qəzzaya hücumlarında azı 16 nəfər ölüb Dünya

İsrailin Qəzzaya hücumlarında azı 16 nəfər ölüb

İsrail ordusu beynəlxalq çağırışlara baxmayaraq Qəzza zolağında hücumlarını davam etdirir.

Xalqcəbhəsi.az “A haber”ə istinadla qeyd edir ki, son hücumlarda yeməkxana və ev hədəfə alınıb. Hücumda ən azı 16 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

Yerli hakimiyyət orqanlarından alınan məlumata görə, Nusayrat Qaçqınlar Düşərgəsindəki yeməkxanaya edilən hücumda ən azı 6 nəfər həlak olub. Cibaliye Qaçqınlar Düşərgəsində Əbu Mahadi ailəsinin evinə edilən hücumda ən azı 10 nəfər həyatını itirib. Hər iki hücumda çoxlu sayda insan yaralanıb.