ABŞ-də bərə və qayıq toqquşub Dünya

ABŞ-də bərə və qayıq toqquşub

ABŞ-nin Florida ştatında bərə ilə qayıq toqquşub. Qəza nəticəsində 1 nəfərin öldüyü, 12 nəfərin yaralandığı bildirilib.

Səlahiyyətlilər qəza baş verən zaman 50 sərnişin tutumuna malik bərədə 42 nəfərin olduğunu deyilib. Açıqlamada, "Yaralıların hamısı bərədəndir. Bərəyə çarpan şəxsi qayıq isə hadisə yerindən uzaqlaşıb” deyə bildirilib.

Qeyd edilib ki, ABŞ Sahil Mühafizəsi hadisə ilə bağlı araşdırmalara başlayıb.