Putin Qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edib Dünya

Putin Qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edib

Rusiya Prezidenti Vladimir Putin Qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, Putinin qərarına əsasən, Rusiya Federasiyası mayın 8-i səhər saat 7:00-dan matın 11-i saat 00:00-a qədər atəşkəs elan edir.

Qeyd olunub ki, Rusiya Federasiyası Ukrayna ətrafındakı vəziyyətlə bağlı beynəlxalq tərəfdaşlarla konstruktiv qarşılıqlı fəaliyyətə hazırdır.