Ağ Evdən Putinə cavab: Tramp daimi atəşkəs istəyir... Dünya

Ağ Evdən Putinə cavab: Tramp daimi atəşkəs istəyir...

ABŞ Prezidenti Donald Tramp daimi atəşkəs istəyir.

Xalqcebhesi.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolina Levitt Rusiya Prezidenti Vladimir Putinin 8-11 may tarixlərində atəşkə elan etməsinə münasibət bildirərkən deyib.

“Anladığım kimi, Putin bu gün müvəqqəti atəşkəs təklif edib. Prezident Tramp açıq şəkildə bildirdi ki, o, daimi atəşkəs, ilk növbədə qətlləri, axan qanı dayandırmaq istəyir və razılığın əldə olunacağına nikbinliklə yanaşır”, - Levitt bildirib.