Cənubi Koreyada güclü meşə yanğını: 1200-dən çox insan... Dünya

Cənubi Koreyada güclü meşə yanğını: 1200-dən çox insan...

Aprelin 28-də Cənubi Koreyanın Tequ şəhərində güclü külək meşə yanğınına səbəb olub. Yanğın təhlükəsinə görə ərazidəki magistral yol bağlanıb. Bundan sonra 1200-dən çox sakin ərazidən təxliyə olunub

Xalqcebhesi.az xəbər verir ki, meşə yanğını saat gündüz vaxtı başlayıb və iki saat davam edib. Yanğın 50 hektara yaxın ərazini əhatə edib.

Paytaxt Seuldan təqribən 233 km cənub-şərqdə yerləşən Tequ bölgəsində baş verən yanğın nəticəsində ölən və yaralananlar barədə hələ məlumat verilmir.

“Reuters” xəbər verir ki, Koreya Meşə Xidməti hadisə yerinə 26 helikopter və 202 yanğınsöndürən göndərildiyini bildirib.