

28 Aprel 19:27
Çinin Xarici İşlər Nazirliyi Çin Xalq Respublikasının Sədri Si Szinpin ilə ABŞ Prezident Donald Tramp arasında yaxın zamanlarda telefon danışığının olmadığını bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, nazirliyin rəsmisi Quo Jiakun ABŞ Prezidenti Donald Trampın “Time” jurnalının müsahibəsində ÇXR Sədri Si Szinpinin ona zəng etməsi barədə açıqlamasını şərh edərkən belə deyib.
Quo Jiakun, ümumiyyətlə iki ölkə arasında rüsum məsələsinə dair heç bir danışığın aparılmadığını açıqlayıb:
"Bir daha izah edim ki, Çin və ABŞ rüsum məsələsi ilə bağlı heç bir məsləhətləşmə və ya danışıqlar aparmır".