Pakistandan şok: 2-3 günə müharibə başlayır! Dünya

Pakistandan şok: 2-3 günə müharibə başlayır!

Hindistanla 2-4 gün ərzində müharibənin başlaması təhlükəsi var.

Xalqcebhesi.az "Dawn” qəzetinə istinadən xəbər verir ki, bu sözləri Pakistan müdafiə naziri Xavaca Məhəmməd Asif deyib.

“Biz üfüqdə müharibənin yaxınlaşdığı faktına mənəvi olaraq hazır olmalıyıq. Müharibənin yaxın iki, üç və ya dörd gündə başlaya biləcəyi ehtimalı böyükdür. Qarşıdakı günlər həlledici olacaq”, - deyə nazir bildirib.