BMT terror qurbanlarına və onların ailələrinə dəstək üçün təşəbbüs irəli sürüb Dünya

BMT terror qurbanlarına və onların ailələrinə dəstək üçün təşəbbüs irəli sürüb

Birləşmiş Millətlər Təşkilatı (BMT) terror hücumlarından sağ çıxanlara və terror qurbanlarının yaxınlarına dəstək olmaq təşəbbüsü ilə çıxış edib.

BMT-nin Terrorla Mübarizə İdarəsi (UNOCT) Terror Qurbanları Assosiasiyaları Şəbəkəsi dəstək təşəbbüsünün başladığını elan edib.

Təşəbbüs terrorizm qurbanlarını və sağ qalanların bir-birilərinə dəstək ola biləcəkləri, dayanıqlılıqlarını artıra biləcəkləri, sülh qurucuları kimi çıxış edə biləcəkləri təhlükəsiz məkan təmin etmək məqsədi daşıyır.

BMT-nin Terrorla Mübarizə İdarəsinin baş katibinin müavini Vladimir Voronkov deyib: “Təsəvvür olunmayan faciələr qarşısında bir çoxları öz sözünü deməyi, həmrəyliyi və tolerantlığın güclü tərəfdarlarına çevrilməyi seçdilər”.

Üzv ölkələrə dəstək çağırışı edən V.Voronkov “Bir çox hallarda qurbanların və sağ qalanların ehtiyacları təcili olsa da, lazımi səviyyədə dəstəklənmir. Beynəlxalq və milli yardım həyati əhəmiyyət kəsb edir" deyə vurğulayıb.