Kanadada seçim günü Dünya

Kanadada seçim günü

Kanadanın ictimai yayımı CBC-nin ölkədə səsvermə prosesi başa çatdıqdan sonra paylaşdığı ilk qeyri-rəsmi nəticələrə görə, baş nazir Mark Karninin rəhbərlik etdiyi Liberal Partiyası 48,1 faiz səslə seçkilərdə liderdir.

Pierre Poilievre-nin rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası 42 faiz səslə ikinci, Kvebek Bloku Partiyası isə 7 faiz səslə üçüncü yerdədir.

Keçmiş baş nazir Castin Trüdonun 2015-ci ildən tutduğu vəzifədən istefa verdikdən sonra martın 14-də estafeti ötürdüyü Liberal Partiyasının lideri Karni son sorğulara görə, seçki qutusundan qalib çıxması gözlənilən ən güclü namizəd olaraq görülür.