Ərdoğan bu gün İtaliyaya gedəcək Dünya

Ərdoğan bu gün İtaliyaya gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İtaliyanın paytaxtı Romaya bir günlük səfər edəcək.

Xalqcəbhəsi.az “TRT Haber”ə istinadən bildirir ki, Türkiyə-İtaliya Hökumətlərarası Zirvə toplantısına qatılacaq Ərdoğan İtaliyanın baş naziri Meloni ilə də görüşəcək.

Görüş zamanı iki ölkə arasındakı münasibətlərlə yanaşı, regional və qlobal hadisələr də müzakirə olunacaq.