ABŞ Yəmənin Səna və Əmran şəhərlərinə 7 hava zərbəsi endirib Dünya

ABŞ Yəmənin Səna və Əmran şəhərlərinə 7 hava zərbəsi endirib

Yəməndə İranın dəstəklədiyi husilərə məxsus Əl-Məsirə telekanalının məlumatına görə, ABŞ döyüş təyyarələri paytaxt Sənanın Nukm dağının şərqindəki Berraş bölgəsinə 4, Əmran şəhərinin Harf Süfyan bölgəsinə isə 3 hava hücumu həyata keçirib. Hücum nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib.

ABŞ döyüş təyyarələrinin paytaxt Sənanın Beni Haris rayonunun Sukban bölgəsinə hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

Qeyd edək ki, ABŞ-nin bazar günü sözügedən bölgədə 3 evi hədəfə aldığı hücumda aralarında qadın və uşaqların da olduğu 8 nəfərin öldüyü, çox sayda insanın isə yaralandığı bildirilmişdi.