

Ukraynalılar üçün aqressiv ritorikadan əl çəkmək və Rusiya ilə danışıqlara razılıq vermək vacibdir, əks halda ölkə II Dünya Müharibəsinin sonunda Yaponiyanın taleyini təkrarlamaq riski daşıyır.
Bunu Yaponiya parlamentinin yuxarı palatasının üzvü Muneo Suzuki bildirib.
Siyasətçi xatırladıb ki, 80 il əvvəl bir qrup yapon əsgəri xalqı “son yapon kişisinə qədər döyüşməyə” çağırıb. Hər şeyin necə bitdiyi hamıya məlumdur, "son nəticədə bu, fəlakətli nəticələrə gətirib çıxardı", - Suzuki sosial mediada yazıb.
"Mən istəmirəm ki, Ukrayna Yaponiyanın taleyini təkrarlasın. Onlar öz vəziyyətlərini anlamalı, yersiz bəyanatlardan çəkinməli, sakit və ardıcıl danışıqlara getməlidirlər".
Cavid