

ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask hesab edir ki, Çin demoqrafik böhranla üzləşə bilər.
"Əhalinin dağılması Çinin ən böyük uzunmüddətli problemidir. Bu, faktiki olaraq Yer kürəsinin hər bir ölkəsinə təsir edir", - o, X-də yazıb.
Mask daha əvvəl Avropada aşağı doğum səviyyəsi ilə bağlı narahatlığını ifadə etmişdi. O, həmçinin İtaliya, Fransa və Yaponiya mədəniyyətləri də daxil olmaqla, demoqrafik böhrana görə bütöv xalqların yox ola biləcəyini bildirib.
Cavid