İsrail və HƏMAS razılaşdı: May ayında... Dünya

İsrail və HƏMAS razılaşdı: May ayında...

Qəzza sektorunda vəziyyətin nizamlanmasına dair birbaşa olmayan danışıqlarda Fələstin qruplaşmaları tərəfindən anklavda saxlanılan israilli girovların gələn ay azad edilməsi barədə razılıq əldə olunub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Maan” agentliyi məlumat yayıb.

Bildirilib ki, may ayında eyni zamanda ABŞ vətəndaşlığı olan İden Aleksandr da daxil olmaqla israilli girovların azad edilməsi barədə prinsipial razılıq var.

Həmçinin qeyd olunub ki, Misir vasitəçiləri, HƏMAS və İsrail nümayəndələri arasında bu məsələ ilə bağlı məsləhətləşmələr yaxın günlərdə davam etdiriləcək.