

29 Aprel 21:46
29 Aprel 19:33
29 Aprel 18:21
Hindistanın Baş naziri Narendra Modi orduya Pakistanla bağlı qərar qəbul etməkdə “tam operativ azadlıq” verib.
Xalqcebhesi.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.
Məlumata görə, Modi Hindistan Silahlı Qüvvələrinə cavabın vaxtı, hədəfləri və üsulu ilə bağlı sərbəst şəkildə qərar vermək səlahiyyəti tanıyıb.
Xatırladaq ki, Hindistan və Pakistan uzun illərdir Cammu və Kəşmir bölgəsi üzərində mübahisə içindədir. Hər iki nüvə dövlətinin bir neçə dəfə müharibə həddinə gəlib çıxması beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edir.