Trampın sosial şəbəkədə paylaşımlarını kim edir? Dünya

Trampın sosial şəbəkədə paylaşımlarını kim edir?

Sosial şəbəkələrdə şəxsən özüm yazmağa üstünlük verirəm.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Atlantik”nəşrinə deyib.

“Mən bunu olduqca tez edirəm. Siz heyrətlənərdiniz. Bu, sizi təsirləndirərdi. Bunu özüm etməyim xoşuma gəlir. Bəzən diktə edirəm, amma əsasən özüm etməkdən xoşum gəlir”, - deyə o bildirib.

Qeyd edək ki, Trampın əsas sosial şəbəkəsi “Truth Social” hesab olunur.