ABŞ-ı Çində o təmsil edəcək Dünya

ABŞ-ı Çində o təmsil edəcək

ABŞ Senatı ölkənin Çindəki yeni səfirinin namizədliyini təsdiqləyib.

Xalqcebhesi.az xəbər verir ki, bu şəxs Devid Perdyudur.

Onun namizədliyini 67 senator dəstəkləyib, 29-u isə əleyhinə səs verib.

Perdyu 2015-2021-ci illərdə Corciya ştatının senatoru olub. Bundan əvvəl o, “Reebok” və “Dollar General” kimi iri şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.

Sahibkar eyni zamanda bir neçə il Sinqapurda “Gitano Group”un direktoru vəzifəsində və Honq Konqda “Sara Lee”nin korporativ filialında işləyib.