İstanbul zəlzələsində 3 minə yaxın binaya zərər dəydi Dünya

İstanbul zəlzələsində 3 minə yaxın binaya zərər dəydi

İstanbulda baş verən zəlzələ nəticəsində zərər görən binaların sayı 3 minə yaxınlaşıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin şəhərsalma və ətraf mühit naziri Murat Kurum məlumat verib.

“Biz 25 017 binanı yoxladıq, onlardan 2 928-i cüzi ziyan görüb, qalanları zədələnməyib”, - nazir yazıb.

Kurum əlavə edib ki, hazırda zərərin qiymətləndirilməsi davam edir.

Xatırladaq ki, aprelin 23-də İstanbulda ardıcıl zəlzələ baş verib. Ən güclüsü 6,2 bal olub.