Münaqişədən danışırdım, Zelenski isə qışqırırdı - Tramp Dünya

Münaqişədən danışırdım, Zelenski isə qışqırırdı - Tramp

Rusiya olduqca güclü hərbi gücdür.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.

“Rusiya çox güclü hərbi gücdür, Ukrayna isə deyil. O, (Ukrayna) yardım olmadan bacara bilməz”, - deyə Ağ Ev rəhbəri qeyd edib.

Tramp məhz özünün Kiyevə tank əleyhinə "Javelin" kompleksləri göndərdiyini qeyd edib.

Tramp həmçinin Vladimir Zelenskini Oval kabinet görüşündə davranışına görə tənqid edib:

“Mən Ukraynadakı münaqişəyə son ​​qoymaqdan danışırdım, o isə onların təhlükəsizlik zəmanətinə ehtiyacı olduğunu deyib, qışqırırdı”.