

29 Aprel 21:46
29 Aprel 19:33
29 Aprel 18:21
Hindistanın Kəlküttə şəhərində yerləşən hoteldə baş vermiş güclü yanğın nəticəsində azı 14 nəfər həyatını itirib.
Bu barədə "NDTV" telekanalı şəhər polisinə istinadən məlumat yayıb.
"Hadisə yerində 14 nəfərin meyiti aşkarlanıb, bir neçə nəfəri isə xilas etmək mümkün olub. Hadisə ilə bağlı xüsusi istintaq qrupu yaradılıb”, - Kəlküttə polis komissarı Manoc Kumar Verma bildirib.
Məlumata görə, yanğın artıq söndürülüb. Hadisənin səbəbləri araşdırılır.