

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində Ukrayna xüsusi xidmət orqanlarının üç agenti saxlanılıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxslər xüsusi hərbi əməliyyat iştirakçısına sui-qəsd hazırlamaqda ittiham olunurlar. Saxlanılan şəxslərdən ikisinin parlayıcı qurğunun təsadüfi işə düşməsi nəticəsində yaralandığı bildirilib.