İsraildə güclü yanğın başlayıb Dünya

İsraildə güclü yanğın başlayıb

İsraildə Eştaol meşəsində güclü yanğınlar başlayıb.

Bu barədə İsrail mediası məlumat yayıb.

Yanğının söndürülməsinə 50-yə yaxın yanğınsöndürmə briqadası, 10 yanğınsöndürən təyyarə və bir helikopter cəlb olunub. Ərazidəki yaşayış məntəqələrinin sakinlərinin təxliyəsinə başlanılıb.

AFP-nin məlumatına görə, İsrailin müdafiə naziri orduya yanğına nəzarət etmək üçün qüvvələr göndərməyi əmr edib.