Sinan Oğan: "Mosuldakı konsulluq Ərdoğan hökumətinin əmri ilə ələ keçirilib"
Türkiyə parlamentinin müxalif Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan deputatı Sinan Oğan iddia edir ki, ölkənin Mosuldakı (İraqın şimalı) konsulluğu Ankaranın əmri ilə ələ keçirilib. "Trend"in məlumatına görə, bu barədə cümə axşamı Türkiyənin "CNN Türk" telekanalı xəbər yayıb.
Onun sözlərinə görə, Ərdoğan hökuməti konsulluğun əməkdaşlarına terrorçu qruplaşmanın döyüşçülərinə əsir düşməyi əmr edib.
O bildirib ki, müxalifətdə bununla bağlı sübutlar var və bu günlərdə onun sözlərini təsdiqləyən sənədlər dərc olunacaq.
Dünən Mosuldakı Türkiyə konsulluğunun əməkdaşları hazırda terrorçuların nəzarəti altında olan şəhəri tərk edə bilməyiblər. Bundan sonra Türkiyə hökuməti bəyan edib ki, konsulluğa hücum olunub və diplomatik missiyanın 48 əməkdaşı yaraqlılar tərəfindən girov götürülüb.