Seçki kampaniyası Ukrayna prezidenti Petro Poroşenkoya 96 milyon 400 min qrivenə başa gəlib. Bu barədə mətbuatda rəsmi açıqlama verilib.
Ukrayna mediası bildirir ki, bu pulun 4 milyon 29,4 mini seçkiqabağı təşviqata, 215,1 mini digər təbliğat işlərinə, 9 milyon 851,5 mini ayrı-ayrı xidməti işlərə sərf edilib.
Pulun əsas hissəsi - 82 milyon 379 min qriveni isə yalnız KİV-ə xərclənib.