Yəməndə hər 10 dəqiqədə bir uşaq ölür Dünya
BMT-nin uşaq fondu UNICEF-in icraçı direktoru Henriyetta Fore Yəməndə dağıdıcı münaqişə iqtisadiyyat, səhiyyə, təhsil sistemi, su təchizatı və sanitariya sistemini sıradan çıxarmağa davam etdikcə ölkənin uçuruma doğru yuvarlandığı ilə bağlı xəbərdarlıq edib. BMT nümayəndəsi Ədən və Sana şəhərlərinə dörd gün sürən səfərdən qayıdıb.
BMT Yəməndəki münaqişəni dünyada ən dəhşətli humanitar böhran adlandırır. Lakin vəziyyət getdikcə daha da ağırlaşır. BMT-nin hesabatında deyilir ki, 22 milyon insaneın yardıma ehtiyacı var. Onların yarıdan çoxu uşaqlardır. Təşkilat Yəmən əhalisinin 80 faizinin yoxsulluq həddindən aşağı səviyyədə yaşadığını və 8.44 milyon insanın aclıq qarşısında olduğunu bildirir. Yəməndə hər 10 dəqiqədə bir uşaq ölür.
UNICEF-in icraçı direktoru Henriyetta Fore deyir kii, ölkədəki səhiyyə obyektlərinin yarıdan çoxu işləmir, yerdə qalanlar isə güclə fəaliyyət göstərir. Onun bildirdiyinə görə, tibbi personalın çoxu iki ildir maaş almır. Lakin onlar işləmək məcburiyyətindədir, çünki buna ehtiyac var.
Henriyetta Fore bildirib ki, hava hücumlarına görə 1500 məktəbə zərər dəyib və onlar bağlanmalı olub. Müəllimlərə maaş verilmir və buna görə də onlar məktəblərdə dərsləri dayandırıb. Henriyetta Fore su və sanitariya sisteminin pozulduğunu və bunun nəticəsi olaraq vəba və başqa yoluxucu xəstəliklərin yenidən yayıla biləcəyini bildirib. "Sizin gördüyünüz kimi, sosial müdafiə sistemi, səhiyyə, təhsil və hər hansı bir icmanın əsas elementləri olan su və sanitariya sistemi dağılanda fəlakət baş verir",- o bildirib.
Henriyetta Fore deyib ki, UNICEF başqa təşkilatlarla əməkdaşlıq edərək, bu həyat əhəmiyyətli sistemlərin funksiya göstərməsi üçün mümkün hər şeyi edir. Onun bildirdiyi kimi, Hodeyda liman şəhərində vəziyyət getdikcə daha da pisləşir. Hökumətin dəstəklədiyi Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya bu mühüm limanın husi üsyançılarından azad edilməsi üçün iyun ayının ortalarında döyüşlərə başlayıb. UNICEF-in bildirdiyinə görə, son iki həftədə 5 min ailə yerlərini tərk edib. Şəhərdə əsas istehlak malları təchizatı tükənib, qiymətlər isə qalxıb. Henriyyetta Fore Hodeydada olduğu müddətdə bir neçə gün sakitliyin hökm sürdüyünü deyib. Müvəqqəti atəşkəs nəticəsində BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffitsin vasitəçiliyi ilə sülh danışıqlarının davam etdirilməsinə imkan yaranıb. Amerikanın Səsinə bildirib ki, UNICEF döyüşən tərəflərdən iyul ayının ortalarında uşaqların peyvənd edilməsinə imkan verilməsi üçün bir neçə gün müddətinə əməliyyatları dayandırmasını istəyib.
"Vaksinasiya proqramı uşağın həyatının bütün mərhələlərində çox mühüm bir amildir. Yəməndə uşaq ölümü səviyyəsi olduqca yüksəkdir və biz uşaqların immunizasiya proqramını davam etdirməliyik, onlara əsas səhiyyə və gigiyena xidmətlərini çatdırmalıyıq", - o bildirib. BMT-nin hesabatında deyilir ki, Səudiyyə Ərəbistanının 2015-ci ilin mart ayında hökuməti dəstəkləyərək, husi üsyançılarına qarşı əməliyyatlara başlamasından sonra azı 2200 uşaq ölüb, 3400 uşaq isə yaralanıb. Henriyetta Fore bildirib ki, qətllərə son qoyulması və Yəmənin yenidən normal ölkə olması üçün yeganə yol sülhdür.