ABŞ Türkiyə ilə müharibəyə “hə“ deyir? Dünya
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyada Fərat çayının şərqində hərbi əməliyyat təşkil ediləcəyi ilə bağlı açıqlamasına ABŞ Müdafiə Nazirliyi (Pentaqon) cavab verib. Pentaqon Suriyanın şimal-şərqində, xüsusilə, ABŞ əsgərlərinin yerləşdiyi bölgələrdə hər hansı təktərəfli addımın qəbuledilməz olduğunu bildirib. Nazirliyin sözçülərindən mayor Sean Robertson bölgədə təhlükəsizliyə dair qayğıların yalnız ABŞ-Türkiyə ortaq əməkaşdaşlığı sayəsində aradan qaldırılacağını deyib.
Mayor iki ölkə arasındakı koordinasiya, əməkdaşlıq və həmrəylik üçün Türkiyə ilə yaxından münasibət qurmağa hazır olduqlarını ifadə edib: "Türkiyə onlarla ildir ki, NATO-nun önəmli bir müttəfiqidir. İŞİD terror təşkilatı ilə mübarizədə qlobal koalisiyanın düyün nöqtəsidir. Biz bir-birimizin təhlükəsizliyindən məsuliyyət daşıyırıq. Koalisiya qüvvələri hazırda Orta Fərat Vadisində İŞİD-ə qarşı qarşıdurmanın mərkəzində olan Suriya Demokratik Qüvvələri ilə birlikdə işləyir. Bu kritik mərhələdə İŞİD-in nəfəs almağına icazə verə bilmərik. Yoxsa ortaqlarımızı və qazanclarımızı təhlükəyə atacağıq. İŞİD-in isə yenidən ortaya çıxmasına icazə verəcəyik".
Eyni açıqlama ABŞ Dövlət Departamentindən də verilib. Xatırladaq ki, ötən gün Türkiyə Prezidenti Müdafiə Sənayesu Zirvəsində çıxışında Türkiyə ordusunun yaxın bir neçə gün ərzində Suriyada Fərat çayının şərqində terror təşkilatlarına qarşı əməliyyata başlayacağını bəyan edib.
"Biz heç vaxt ABŞ-a və onun hərbçilərinə qarşı olmamışıq. ABŞ həmişə bizim üçün strateji partnyordur. Hədəfimiz əsla Amerika əsgərləri deyil, bölgədə fəaliyyət göstərən terror təşkilatlarıdır. Suriya üzrə bizim fikir ayrılıqlarımız bizim münasibətlərimizin inkişafına mane olmamalıdır", - Ərdoğan Ankarada çıxış zamanı deyib. O dəqiqləşdirib ki, Türkiyə nəzərdə tutulan əməliyyat haqqında Birləşmiş Ştatlara məlumat verib.
Qeyd edək ki, Türkiyə Suriyada Fəratın şərqində əməliyyat keçirmək niyyətini dəfələrlə bəyan edib. Türkiyə Prezidenti sonuncu dəfə bu ilin sentyabrında ABŞ-da TÜRKEN Vəqfinin ənənəvi qala yeməyində Türkiyənin Suriyada 4 min kvadrat kilometrlik bir ərazini İŞİD və PKK terrorçularından təmizləyərək oranı Suriya xalqının təhlükəsiz yaşadığı bir əraziyə çevirdiyini xatırladın və bənzər addımları Fəratın şərqində də atacaqlarını deyib.
"Biz "Suriyanın şimalını terror dəhlizi olmaqdan çıxardacağıq" deyirdik. Onun üçün El-Baba, Afrinə, Cerablusa girdik. Niyə? Oranın terror dəhlizi olmasına imkan verməyəcəyik. Lakin təəssüf ki, strateji tərəfdaşlarımız burada əks addımlar atır. 18 min TIR silah və sursat təəssüf ki, buralara göndərildi. Bunları birbaşa olaraq özlərinə də söylədim, ona görə də burada rahat danışırıq", - Ərdoğan vurğulayıb.
Ekspertlər isə xəbərdarlıq edirlər ki, Türkiyənin Suriyada əməliyyat sahəsini genişləndirməsi yekunda ABŞ-Türkiyə hərbi qarşıdurması ilə nəticələnə bilər. Məsələn, bir müddət əvvəl ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) terrorla mübarizə üzrə keçmiş agenti, "Soufan Group" adlı şirkətin İdarə Heyətinin başçısı Əli Soufan "Nyu York Tayms" nəşrinə deyib ki, ABŞ Suriyada çox incə bir tarazlıq yaratmağa çalışır, lakin Suriyada döyüş meydanı kiçildikcə bu tarazlığı qorumaq qeyri-mümkün olacaq. Soufan ABŞ-ın iki variantının olduğu qənaətindədir. "Bu variantlardan biri odur ki, ABŞ kürdlərə dəstəyini böyük ölçüdə azaldacaq. Bu isə Suriya və İraqda ABŞ-a dəstək olan bir neçə qrup tərəfindən ABŞ-ın yeni bir xəyanəti kimi qiymətləndiriləcək. Digər variant isə ondan ibarətdir ki, ABŞ NATO üzvü Türkiyə ilə ya birbaşa, ya da dolayı şəkildə döyüşmək riski ilə üz-üzə qalacaq", - o bildirib.
Türkiyə Fəratın şərqində olan Münbiçin PYD-dən təmizlənməsi ilə bağlı razılığa gəlsə də, ABŞ Fəratın şərqində kürd qruplaşmalarına dəstəyini davam etdirir. Hazırda Fəratın şərqində - Türkiyə ilə sərhəddə yerləşən böyük ərazilər PKK terror təşkilatının Suriya qolu olan PYD-nin nəzarətindədir. Türkiyə rəhbərliyi buranın terror təşkilatından təmizləməkdə israrlı olduğunu dəfələrlə bəyan edib.