Türkiyə ordusu ABŞ-la üz-üzə gələ bilər? Dünya
ABŞ və Qərb rəsmilərinin Türkiyənin Menbiç əməliyyatına qarşı açıqlamaları sadəcə Türkiyə ilə müəyyən sözləşmələr apararaq, onun planlarını qismən məhdudlaşdırmaq cəhdidir. Bu açıqlamalar həm zaman, həm ərazi, həm də miqyas baxımından bu əməliyyatları zəiflətmək, yaxud nəzarət altına almağa yönəlib.
Bu sözləri QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib. O bildirib ki, Menbiç əməliyyatı çoxdan elan edilib:
"Türkiyə bunu həm hərbi, həm də siyasi məqsədi olan bir əməliyyat kimi planlaşdırır. Əməliyyatın siyasi məqsədi YPG-nin bu coğrafiyadakı mövqelərini, hərbi gücünü zəiflətmək, onun bölgədə kontrol imkanlarını qırmaqdır. Bunu edərkən də regionda amerikalılara zərər verməmək hədəflənir. Amma ABŞ tərəfi hazırda YPG-yə ciddi surətdə dəstək verməkdədir. Bir neçə gün əvvəl Ərdoğanın açıqlamaları da amerikalıların hədəf olmayacaq şəkildə mövqe tutmaları üçün mesaj idi. Eyni zamanda, Türkiyənin bu əməliyyata başlamasına həm ABŞ-dan, həm də AB-dən müəyyən narazı açıqlamalar səsləndirilməyə başlayıb. Həm ABŞ, həm də AB əməliyyatların İŞİD-lə mübarizəyə zərər vura biləcəyini deyir. Bu açıqlamaların Türkiyənin mövqeyini nə qədər əngəlləyəcəyi, digər tərəfdən real şəkildə ABŞ və AB-nin bunu nə qədər istədiyi də mübahisəlidir".
Politoloq qeyd edib ki, Suriyada, Fəratın şərqindəki ABŞ-YPG əməkdaşlığı Türkiyəni ciddi şəkildə narahat edir:
"Bu, Türkiyənin ABŞ-la münasibətlərində ciddi gərginlik yaradır. Hətta Astana prosesinin başlaması, Türkiyənin Rusiya və İranla bölgədə əməkdaşlığı genişləndirməsi də ABŞ-ın bölgədə Türkiyəyə daha məsafəli durması, YPG-yə ciddi dəstək verməsindən qaynaqlanır".
Politoloq vurğulayıb ki, Qərbdən gələn bu açıqlamalar sadəcə özlərini sığortalamaq üçün verilmiş açıqlamalara bənzəyir:
"Çünki bölgədə YPG-ni seçib Türkiyə ilə həm siyasi, həm də hərbi kontekstdə üz-üzə gəlmək ABŞ-ın Yaxın Şərqdəki siyasətinə çox ciddi zərbələr endirə bilər. Digər tərəfdən bu, Türkiyənin Rusiya və İranla regiondakı əməkdaşlığını daha da dərinləşdirər. Bu da ABŞ üçün arzuolunmaz ikinci məqamdır. Bir müddət əvvəl də ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Astana prosesini dayandırmaqla bağlı açıqlamalar vermişdi. Bir tərəfdən bu cür açıqlamalar verib, digər tərəfdən Türkiyə ilə münasibətləri gərginləşdirmək ABŞ-ın regiona yönəlik orta və uzunmüddətli planları baxımından ciddi problemlər yaradacaq. AB-nin də bu məsələlərlə bağlı açıqlamalarını daha çox diplomatik, nəzakət xətrinə verilən açıqlama kimi qiymətləndirirəm. Bunu, bir növ, özünü sığortalamaq məqsədi ilə etdiyini düşünürəm. Çünki Türkiyə-Avropa münasibətlərinin gərginləşməsi Avropa üçün arzuolunmaz nəticələrə gətirib çıxarar".
Politoloqun sözlərinə görə, Qərbdən Türkiyəyə qarşı açıqlamaların Türkiyənin hərbi əməliyyatlarını dayandıracaq gücdə olacağını düşünmür:
"Regionda əsas söz sahibi olmaq istəyən ölkələr öz hərbi güclərindən istifadə edərək manevr edən ölkələrdir. Bu baxımdan AB-nin belə bir imkanı yoxdur. Sadəcə Fransanın belə imkanı var. Onlar da YPG-ni müdafiə etmək üçün Türkiyə ilə qarşı-qarşıya gəlmək yolunu tutmazlar. ABŞ-ın imkanları daha geniş olsa da, eyni şeyləri ABŞ üçün də düşünmək mümkündür".