Son sutka ərzində İspaniyada 187 nəfərə COVID-19 diaqnozu qoyulub.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında qeyd olunur.
Bildirilir ki, epidemiyanın başlanğıcından bəri virusa yoluxanların sayı 238 564-ə çatıb.
Ümumilikdə ölənlərin sayı isə 27 121 nəfərdir.
Son bir həftədə 286 nəfər xəstəxanalara yerləşdirilib (ümumilikdə 123 891), onlardan 12 nəfəri reanimasiya şöbəsindədir.