Braziliya prezidenti koronavirus simptomlarının olduğunu deyib Dünya

Braziliya prezidenti koronavirus simptomlarının olduğunu deyib

Braziliya prezidenti Jair Bolsonaru koronavirus infeksiyası üçün xarakterik olan simptomlar səbəbindən həftənin sonuna qədər planlaşdırılan tədbirləri ləğv edib.
Bu barədə "CNN Brasil" telekanlıa bildirib.
Məlumata əsasən, prezident koronavirus ilə bağlı testdən keçib. Testin nəticəsi bu gün gözlənilir.
J.Bolsonarunun sözlərinə görə, onun temperaturu 38 dərəcəyə qalxdı və qanda oksigenin doyma səviyyəsi 96 faizə düşdü.