Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
26 Dekabr 23:30
26 Dekabr 23:30
26 Dekabr 22:37
26 Dekabr 22:20
İranda ötən sutka ərzində daha 221 nəfərin koronavirusdan (COVID19) ölməsi öz təsdiqini tapıb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
Sadat Larinin sözlərinə görə, 19 fevraldan indiyədək İranda koronavirusdan ölənlərin sayı 12 305 nəfərə çatıb.
Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində 2 079nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 250 458 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 324 nəfərin vəziyyəti ağırdır.
Nazirlik rəsmisi bildirib ki, indiyədək İranda 212 176 nəfər koronavirusdan sağalıb.
Sadat Lari Xuzistan, Kürdüstan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Hörmüzqan, Buşehr, İlam, Rəzəvi Xorasanı və Kirmanşah vilayətlərində vəziyyətin ağır olduğunu deyib.
İranda koronavirusun diaqnozu ilə əlaqədar 1,89 milyondan çox test həyata keçirilib.