Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
26 Dekabr 23:30
26 Dekabr 23:30
26 Dekabr 22:37
26 Dekabr 22:20
İranın sərnişin təyyarəsi naməlum qırıcı təyyarələrin yaxınlaşması səbəbindən yerə enmək məcburiyyətində qalıb. Bundan sonra bir neçə nəfər xəsarət alıb.
"TASS"-ın xəbər verir ki, bu barədə İranın “IRIB” dövlət teleradio şirkəti məlumat yayıb.
Təyyarənin pilotu təhlükəli məsafədə yaxınlaşan qırıcılarla toqquşmamağa çalışan zaman bir neçə sərnişin xəsarət alıb. Bundan sonra sərnişin təyyarəsinin təcili eniş etdiyi qeyd olunur. Məlumata görə, təyyarə Tehrandan Beyruta uçurmuş.
İranın “Tasnim” agentliyi yazır ki, avialayner İranın “Mahan Air” aviaşirkətinə aid olub. Agentliyin yazdığına görə, həmin vaxt iki qırıcı təyyarə olub, onların İsrail və ya ABŞ-a məxsus ola biləcəyi qeyd edilir.
Bildirilir ki, insidentin yaşandığı Suriya ərazisində ABŞ-a məxsus aviabaza var.
İranın Xarici İşlər Nazirliyi insidentin araşdırıldığını, bunun qəsd ola biləcəyi halda bütün məsuliyyəti ABŞ-ın daşıyacağını bəyan edib.