Azərbaycanın işğal altındakı ərazilərində COVID-19-a yoluxanların sayı 217-yə çatıb Dünya

Azərbaycanın işğal altındakı ərazilərində COVID-19-a yoluxanların sayı 217-yə çatıb

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artır.

“Aysor.am”ın verdiyi xəbərə görə, Dağlıq Qarabağda koronavirusa 2 yeni yoluxma faktı qeydə alınıb.

Bununla da Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 217 nəfərə çatıb.

Virusa yoluxan 154 nəfər sağalıb.