Türkiyənin Tunceli vilayətində 4.1 bal gücündə zəlzələ olub.
APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 13:02-də Plümür rayonunda qeydə alınıb.
Zəlzələnin ocağı 9,7 km dərinlikdə yerləşib.