Xaçatryan Sarkisyanı hədələdi Dünya
İki gün öncə oğurlanaraq vəhşicəsinə döyülən müxalifətçi - "Çiçəklənən Ermənistan" partiyasının siyasi şurasının üzvü Artak Xaçatryan başına gələn hadisəylə bağlı "Azadlıq" radiosunun İrəvan bürosuna müsahibə verib. Erməni müxalifətçi bildirib ki, üç nəfər maskalı şəxs onu oğurladıqdan sonra naməlum istiqamətə doğru aparıblar və o, döyüldükdən 5 saat sonra öz evi qarşısında huşunu itirmiş vəziyyətdə tapılıb.
Çoxsaylı xəsarətlər alaraq, xəstəxanaya yerləşdirilən Xaçatryan eyni zmanda bildirib ki, onu oğurlayaraq, qara rəngli sedan maşınına güclə otuzduran qara maskalı şəxlər onun da başına həmin maskadan geyindiriblər. Müxalifət fəalı deyib ki, onlar bundan sonra onu açıq ərazisi olan bir yerə aparıblar və öz aralarında yalnız jestlərlə danışıblar: "Ən çətini isə döyüldükdən sonra evə getməyim oldu. Çünki yoldan keçən heç bir ictimai nəqliyyat, yaxud da taksi mənə saxlamadı. Çünki üzüm, bədənim qan içində idi. Ona görə də məcbur olub uzun yolu piyada getdim".
"Sizin bu hadisənin kimlər tərəfindən törədilməsi ətrafında gümanınız varmı?" sualını cavablandıran Artak Xaçatryan deyib ki, hələlik konkret nə isə deyə bilməsə də, özünün şəxsi ehtimalları var və bu barədə ayağa qalxdıqdan sonra danışacaq. Hadisənin şəxsi zəmində baş verməsi ehtimalını da inkar edən mexalifətçi bildirib ki, onun şəxsi həyatında heç bir insanla mübahisə vəziyyəti yoxdur: "Bu daha çox mənim fəaliyyətimlə bağlı olan bir hadisədir".
Xaçatryan onu zorla maşına mindirənlərə nəyə görə bunu etdiklərini soruşduğunda suallarının cavabsız qaldığını da deyib: "Suallarım cavabsız qaldı. Sadəcə, məni 15 dəqiqə maşında apardılar, daha sonra isə bir neçə saat döydülər. Onlar məni davamlı olaraq döyürdülər".
Zorakılığa məruz qalmış müxalifətçi sonda deyib ki, o, bundan sonra da öz fəaliyyətini davam etdirəcək: "Bundan sonra rejimə qarşı daha qətiyyətli və daha fəal şəkildə mübarizə aparacam".
Xatırladaq ki, Artak Xaçatryan Serj Sarkisyanın vergi qanunvericiliyi ilə bağlı imzaladığı sənədə (Qazancdacdan əldə edilən vergi gəlirinin çoxaldılması"-red.) qarşı keçirilən etiraz aksiyalarında fəallığı ilə seçilib, kiçik və orta sahibkarların Ermənistan prezidentinin iqamətgahı qarşısında toplaşaraq, etiraz etmələri üçün çağırışlar edib.
Onun vəhşicəsinə döyülməsindən sonra isə, Ermənistanın bir sıra müxalifət partiyaları, parlament deputatları, o cümlədən, hüquq müdafiə təşkilatları Serj Sarkisyan rejimindən hadisəni törədənlərin aşkar olunmalarını tələb edirlər. Ermənistan hakimiyyəti və hüquq-mühafizə orqanları isə hadisə ilə bağlı susqun qalmağa üstünlük verməkdə davam edirlər.