Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
Rusiyanın Saxalin bölgəsində yerləşən Kuril adaları yaxınlığında 3.7 bala qədər maqnitudaları olan üç zəlzələ qeydə alınıb.
TASS-ın verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid geofizika xidmətinin Saxalin filialından bildirilib.
"Zəlzələlər Kuril adalarının cənub qrupu yaxınlığında qeydə alınıb. Ocaqların dərinliyi 31 ilə 170 kilometr arasında dəyişib", - məlumatda deyilir.
Yeraltı təkanlara ən yaxın yaşayış məntəqələrdə zəlzələ hiss olunmayıb. Sunami təhlükəsi elan edilməyib.