Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
İkinci Dünya müharibəsində əsir düşmüş alman Henrix Şepe Almaniyanı Rusiyaya təzminat ödəməyə çağırıb.
"Xalq Cəbhəsi" Rusiya mətbuatına istinadən xəbər verir ki, son zamanlar Almaniyanın Cənubi Afrikadakı Herero və Nama qəbilələrinin 20-ci əsrin əvvəllərində həyata keçirdiyi soyqırımı (təxminən 75 min adam öldürülüb) rəsmən tanıdığını qeyd edən Şepe deyib: "Bəs keçmiş Sovet İttifaqında 1941-1945-ci illər arasında Almaniyanın hərbi hücumu nəticəsində 25 milyondan çox insanın öldüyü, bu soyqırım deyilmi?"
Şepe Holokost hadisəsinə görə Almaniyanın yəhudilərə kompensasiya ödədiyini, lakın Rusiyadan üzr belə istəmədiyini deyib: "Əsir düşdüyüm dörd ildə mən və yanımda olan alman əsirləri heç bir zorakılıqla üzləşmədi. Almaniya bu hadisəyə görə Rusiyaya nə təzminat ödəyib, nə ondan üzr istəyib".
Cavid