Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
Çili Parlamentinin yuxarı palatası çərşənbə günü eynicinsli cütlüklərin evlənməsinə və uşaq övladlığa götürməsinə icazə verən qanun layihəsini təsdiqləyib.
TASS xəbər verir ki, deputatların 28-i sözügedən qanunun lehinə, 14-ü isə əleyhinə səs verib.
Qanun layihəsinə Deputatlar Palatasında da baxılmalıdır.
Qeyd edək ki, 2015-ci ildən bəri Çilidə eynicinsli cütlüklərin vətəndaş nikahına girməsinə icazə verən qanun olsa da, onlar övladlığa uşaq götürə bilmirdilər. Əvvəlki qanun heteroseksual cütlüklərdən yalnız bir nəfəri rəsmi valideyn statusu verirdi. Yeni qanuna görə isə cütlüyün hər ikisinin valideyn olaraq hüquqlarını bərabərləşdirəcək.
Hazırda Latın Amerikasının bir sıra ölkələrində (Argentina, Braziliya, Kolumbiya, Kosta Rika, Uruqvay, Ekvador ve Meksika) eynicinsli cütlüklərin nikaha girməsinə rəsmi icazə verilir.