ABŞ Ukraynadakı səfirliyini müvəqqəti olaraq Lvova köçürür Dünya

ABŞ Ukraynadakı səfirliyini müvəqqəti olaraq Lvova köçürür

ABŞ Ukraynadakı səfirliyini müvəqqəti olaraq Kiyevdən Lvova köçürmək qərarına gəlib.

Bu barədə ABŞ Dövlət kativi Entoni Blinkenin açıqlamasında deyilib.

Onun sözlərinə görə, buna səbəb Ukrayna ilə sərhəddə “Rusiya qüvvələrinin yığılmasının dramatik sürətlənməsi” olub.

Bundan əlavə, dövlət katibi bildirib ki, ABŞ Ukrayna ətrafındakı vəziyyətin “diplomatik yolla həllinə nail olmaq üçün səmimi səylər” göstərməkdə davam edir.